“Bavariya” onu satışa çıxardı

“Bavariya” futbolçusu Kinqsli Komanı satışa çıxarıb.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi baş məşqçi Vensan Kompaninin planlarında yer almır və uyğun təklif olsa, satılacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Münhen klubu fransalı futbolçu üçün 50-60 milyon avro tələb edir.

Koman 2017-ci ildən “Bavariya”da çıxış edir. O, Bundesliqada 199 oyunda 41 qol vurub, 44 məhsuldar ötürmə edib.