“Bavariya”nın futbolçusu Brayan Saraqosa karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Osasuna” 22 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə jurnalist Markos Benito məlumat yayıb.
Saraqosa “Bavariya”da illik 4-5 milyon avro maaş alır. Münhen klubu xərcdən qurtulmaq üçün oyunçunu icarəyə verməyə müsbət yanaşır.
Brayan bu ilin fevralında “Qranada”dan “Bavariya”ya keçib. O, Bundesliqada 7 oyuna çıxıb.