“Bavariya” futbolçusu Camal Musialanın müqaviləsini uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen klubu oyunçu ilə danışıqlara başlayıb, ancaq Camal hələ konkret fikir bildirmir.
“Bavariya”nın prezidenti Herbert Hayner yerli mətbuata açıqlamasında Musialanı komandada saxlamaq üçün əllərindən gələni edəcəklərini deyib.
21 yaşlı yarımmüdafiəçi “Bavariya”da 166 oyunda 44 qol vurub, 31 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.