“Bavariya” Noyerlə sözləşməsini yeniləyəcək

“Bavariya” qolkiperi Manuel Noyerlə yeni müqavilə razılaşdıqlarını bildirib.

Futbolpress.az xəbər verir ki, bunu Münhen təmsilçisinin idman direktoru Maks Eberl almaniyalı qapıçıyla sözləşmənin uzadılması üçün danışıqlar apardığını təsdiqləyib:

Danışıqlar düzgün istiqamətdə gedir və biz yekun detalları dəqiqləşdirməkdən danışırıq. Bunu etdikdə hər iki tərəf xoşbəxt olacaq. Hələ dəqiq nə vaxt deyə bilmərəm”.

Qeyd edək ki, 38 yaşlı Noyer 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.