“Bayer”dən ayrılan Conatan Ta karyerasını “Bavariya”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen klubu alman müdafiəçiyə rəsmi təklif göndərib. “Bavariya” oyunçu ilə 4 illik müqavilə imzalamaq niyyətindədir.
Taya “Barselona”dan da maraq var. Lakin kataloniyalılar hələlik oyunçu ilə əlaqəyə çıxmayıb.
Conatan 2015-ci ildən “Bayer”də çıxış edirdi. O, Almaniya millisində 35 oyuna çıxıb.