“Bavariya” mançesterlilərə rəqib oldu

“Bavariya” “Milan”ın üzvü Teo Ernandesi transfer etmək istəyir.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir.

Ernandeslə həmçinin “Mançester Yunayted” və “Mançester Siti” də maraqlanır.

Müdafiəçi bu mövsüm 45 oyunda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la müqaviləsi 2026-cı ilin yayına kimidir.