“Bavariya” ilə matç həmişə yüksək səviyyəli və xüsusi olur”

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Bavariya” ilə Bundesliqa matçından gözləntilərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis Avropanın elit komandasına qarşı mübarizə aparacaqlarını qeyd edib:

“Böyük döyüş. “Bavariya” ilə matç həmişə yüksək səviyyəli və xüsusi olur. Tək Almaniyada deyil, bütün Avropada elit sayılan komandaya qarşı oynayacağıq. Biz özümüzdən yaxşı çıxış gözləyirik. İndi “Bavariya” ilə 12 ay əvvəl “Bayer”in 3:0 qalib gəldiyi vaxt arasında nə fərq var? Bu fərqli “Bavariya”dır. Enerji, intensivlik, nizam – bunların hamısı var. Bir çox rəqibi məhv edir, çoxlu şans yaradır və az sayda qol buraxırlar. Müdafiə baxımından bizim üçün çox çətin qarşılaşma olacaq. Amma biz öz futbolumuzu oynamaq və optimal tarazlığı tapmaq istəyirik. Bu matç “Bayer” üçün Bundesliqada finaldır? Xeyr, bu son deyil. Oyundan sonra fərqin nə qədər böyük olduğunu görəcəyik. Ancaq bu, qətiliklə son deyil”.