“Bavariya” iki müdafiəçi transfer etmək istəyir

“Bavariya” yeni mövsümün transfer çalışmalarına başlayıb.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi ilk növbədə müdafiə xəttini gücləndirmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Komandanın yeni baş məşqçisi Vensan Kompani rəhbərlikdən “Bayer”dən Conatan Tah, “Çelsi”dən isə Levi Koulvilin transferini istəyib. Klub rəhbərliyi yaxın zamanda transferlləri tamamlamaq arzusundadır. Artıq klublar danışıqlar başlayıb.

Tah ötən mövsüm “Bayer”lə Bundesliqa çempionu olub. Koulvil isə “Çelsi”də 32 oyunda meydana çıxıb.