“Bavariya” futbolçusu Aryon İbrahimoviçlə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi 18 yaşlı son cinah müdafiəçisi ilə müddəti 2027-ci ilin yayına kimi olan anlaşma əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İbrahimoviç ötən mövsümü icarə əsasında “Frozinone”də keçirib. O, İtaliya klubunda 20 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.