“Bavariya” gənc futbolçusunu satdı

“Bavariya” gənc futbolçu Yusuf Kabadayını “Auqsburq”a satıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı sol cinah oyunçusu ilə 4 illik müqavilə imzalanıb.

“Auqsburq” “Bavariya”nın yetirməsi olan türk əsilli alman futbolçu üçün 900 min avro ödəyəcək.