“Bavariya” futbolçusu Brayan Saraqosanı icarəyə verib.
Futbolpress.az xəbər verir ki, ispan yarımmüdafiəçi 2024/25 mövsümünü “Osasuna”da keçirəcək. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniya klubu Brayan üçün “Bavariya”ya 250 min avro icarə haqqı ödəyib.
Saraqosa bu ilin fevralında “Qranada”dan “Bavariya”ya keçib. 22 yaşlı futbolçu Bundesliqada 7 oyuna çıxıb.