“Bavariya” futbolçusu ilə müqaviləni uzatdı

“Bavariya” futbolçusu Yosip Stanişiç ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Stanişiç ötən mövsümü icarə əsasında “Bayer”də keçirib. O, Bundesliqada 20 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.