“Bavariya” Alfonso Deyvisi müqaviləni yeniləməyə razı sala bilmir.
Futbolpress.az xəbər verir ki, Münxen klubu müdafiəçiyə ilinə 13 milyon avro təklif etsə də, Deyvis buna razı olmur.
Kanadalı futbolçunun “Real”a keçmək ehtimalı var. Belə ki, Madrid klubu 50 milyon avro ödəməklə Deyvisi heyətinə qata bilər.
23 yaşlı futbolçunun “Bavariya” ilə 2025-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 42 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.