“Bavariya” daha bir məşqçi ilə danışıqlara başladı

“Bavariya” “Bernli”nin baş məşqçisi Vinsent Kompani ilə danışıqlara başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Tərəflər arasında artıq danışıqların başladığı qeyd olunur.

“Bernli” bu mövsüm 19-cu pillədə qərarlaşıb və İngiltərə Premyer Liqasını tərk edib.

Münxen təmsilçisi daha əvvəl Roberto de Zerbi ilə danışıq apardığı qeyd olunurdu.

“Bavariya”nın hazırkı baş məşqçisi Tomas Tuxel mövsümün sonunda komandanı tərk edəcək.