Almaniyalı yarımmüdafiəçi Yozua Kimmix yayda “Bavariya”nı tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Xəbərdə Münhen təmsilçisinin alman futbolçunu satmağa hazır olduğu bildirilib. Klub yaxşı təklif gəlsə, onunla yollarını ayıracaq.
Kimmixin adı İngiltərə və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
Yarımmüdafiəçinin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. O, ötən mövsümdə 43 oyunda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.