Batumidə 16 medal qazandılar

Uşaq badmintonçularımız Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 5-i qızıl, 5-i gümüş, 6-ı bürünc olmaqla ümumilikdə 16 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 11 və 13 yaşadək uşaqlar arasında keçirilən turnirdə Azərbaycanla yanaşı Türkiyə, ev sahibi Gürcüstan, Qazaxıstan, Maldiv və Ermənistanı təmsil edən badmintonçular iştirak edib. Ölkəmiz turnirdə 17 badmintonçu ilə təmsil olunaraq bütün kateqoriyalarda fəxri kürsüdə yer alıb.

U-11.
Oğlanlar. Şəxsi yarış:
2-ci yer. İsmayıl Qarayev
3-cü yer. Həsən Məmmədov

Qızlar. Şəxsi yarış:
3-cü yer. Zərifə Rüstəmova

Qoşa oğlanlar:
1-ci yer. İsmayıl Qarayev – Həsən Məmmədov
2-ci yer. Məhəmmədəli Ələsgərli – Zülfüqar Kərimli

Qarışıq qoşa:
1-ci yer. İsmayıl Qarayev – Lalə İsmayılova
2-ci yer. Həsən Məmmədov – Zərifə Rüstəmova
3-cü yer. Zülfüqar Kərimli – Zabitə Sadıqova

U-13.
Oğlanlar. Şəxsi yarış:
1-ci yer. Malik Cəfərov
2-ci yer. Yusif Kamalov
3-cü yer. Ömər Teymurlu

Qoşa oğlanlar:
1-ci yer. Ömər Teymurlu – Omar Mehdi
2-ci yer. Yusif Kamalov – Malik Cəfərov

Qarışıq qoşa:
1-ci yer. Ömər Teymurlu – Banu İbrahimli
3-cü yer. Omar Mehdi – Ayla Abdullayeva

Qızlar. Şəxsi yarış:
3-cü yer. Banu İbrahimli