Batşuayi “Qalatasaray”dan ayrıldı – yeni klubu bəllidir

“Qalatasaray”ın hücumçusu Mişi Batşuayi karyerasını Almaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, belçikalı hücumçu “Ayntraxt”a keçib. Bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.

Batşuayi bu mövsüm “Qalatasaray”la Super Liqada 18 oyunda 5 qol vurub.