Yarımmüdafiəçi Rüfət Abdullazadə “Səbail”lə müqaviləsini uzadıb. “Dənizçilər” oyunçu ilə sözləşməni 2 il müddətinə artırıb.
Abdullazadə “FutbolPress“ə açıqlamasında yeni müqavilə haqda fikirlərini bölüşdü:
“Başqa klublardan təklif var idi, ancaq “Səbail”də qalmağı seçdim. Burda özümü rahat hiss edirəm və seçimim klubdan yana oldu”.
“Səbail” çempionatı yeddinci sırada başa vurub. Rüfət komandanın çıxışını da şərh etdi:
“Premyer Liqa gərgin keçdi. Maksimum əlimizdən gələni etdik ki, yaxşı nəticələr qazanaq. Biz də istərdik, daha yuxarı sıralarda olaq. Ancaq alınmadı”.
Şahin Cəfərov