“Beşiktaş” 3 xalı 3 qolla qazandı

Bu gün Türkiyə Super Liqasında VII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Başakşəhər” səfərdə “Sivasspor”u məğlub edib.

Lider “Qalatasaray” bu turda “Kasımpaşa” ilə heç-heçə edib.

“Fənərbağça” “Antalyaspor” səfərindən üç xalla dönüb. “Trabzonspor” isə mövsümdə ilk qələbəsini qazanıb.

Türkiyə Super Liqası
VII tur

27 sentyabr

Sivasspor – Başakşəhər 1:2
Qollar: Q.Meniq, 82 – J.Fiqueyredo, 43, 49

28 sentyabr

Samsunspor – Göztəpə 4:3
Qollar
: Marius, 28. Ntçam, 70, 90+1. Şindler, 79 – Z.Yavru, 13 (avtoqol), Romulo, 41. J.Santos, 50.

Alanyaspor – Rizəspor 1:0
Qol
: Yanvye, 33.

Qalatasaray – Kasımpaşa 3:3
Qollar
: Osimhen, 20; 28. İkardi, 34 – Fall, 44. Hayradinoviç, 83. Da Kosta, 90+5.

29 sentyabr

Eyüpspor – Qaziantep 3:2
Qollar: A.Kutucu, 15, E.Akbaba, 65, M.Tiam, 79 – D.Soresku, 28, E.Taşdemir, 90+4

Trabzonspor – Konyaspor 3:2
Qollar: E.Visça, 16, S.Banza, 45+4 (pen.), 54 – A.Demirbağ, 24, H.Keyta, 89

Antalyaspor – Fənərbağça 0:2
Qollar: D.Tadiç, 63, K.Talisson, 81 (avtoqol)

Bodrumspor – Adana Demirspor 3:1
Qollar: .Puskas, 13, 82, T.Seferi, 54 – A.Qravillon, 60

30 sentyabr

Kayserispor – Beşiktaş 0:3
Qollar: G.Fernandes, 56, C.İmmobile, 78 (pen.), 90+1