Baş məşqçiyə məlumat verdilər – gedirsən…

“Milan”da baş məşqçi Stefano Pioli ilə yollar ayrılacaq.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi artıq bununla bağlı mütəxəssisi məlumatlandırıb. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Tərəflər arasında yaxın zamanda görüş baş tutacaq və sözləşmə ləğv ediləcək.

“Milan”ın yeni baş məşqçisi “Lill”in çalışdırıcısı Paulu Fonseka olacaq.

Komanda İtaliya A Seriyasında ikinci sıradadır.