“Lester”də məşqçilər korpusunda dəyişiklik olub.
Futbolpress.az xəbər verir ki, “tülkülər”də baş məşqçi Ruud van Nistelroyun iki köməkçisi – Ben Douson və Denni Olkok ilə yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Lester” Premyer Liqada 26 turdan sonra 17 xalla 19-cu sıradadır. Komanda çempionatda son üç oyunu uduzub.