Baş məşqçi günahı özündə gördü

“Milan”ın baş məşqçisi Serji Konseysau A Seriyasında “Fiorentina” ilə qarşıılaşdıqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bərabərliklə başa çatan görüşlə (2:2) bağlı bunları deyib:

“Fərdi səhvlərimiz oldu. Tək hücumda yox, yarımmüdafiə və müdafiədə çatışmazlıqlar gördüm. Üzərində çalışmalı olduğumuz məqamlar var. Nəticəyə görə məyusuq. Buna cavabdeh mənəm. Günahkaram, çünki məşqçiyəm”.

“Milan” 31 turdan sonra 48 xalla 9-cu sıradadır.