“Barselona”nın futbolçusu Fermin Lopes zədəsini sağaldıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Fermin sentyabrın əvvəlində İspaniya millisinin düşərgəsində zədə almışdı. O, bu mövsüm La Liqada 3 oyuna çıxıb.