“Barselona”nın yetirməsi: “Real”dan təklif olarsa, imtina etmərəm”

“Barselona” akademiyasının yetirməsi olan Karles Alena gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, o, Kataloniya klubunun azarkeşi olsa da, “Real”dan təklif gələcəyi haqda imtina etməyəcəyini bildirib:

“Barselona”nın çılğın azarkeşiyəm, amma “Real” da əla klubdur. Onlardan təklif olarsa, imtina etmərəm. Hər zaman böyük klublarda oynamağı arzulamışam”.

Alena 2021-ci ildə “Barselona”dan “Xetafe”yə keçib. O, ötən mövsüm 29 oyunda 1 dəfə fərqlənib.