“Barselona”nın yeni baş məşqçisi açıqlandı

“Barselona”nın yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Hans-Diter Flikə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Flik bu postda istefaya göndərilən Xavini əvəzləyib.

Alman məşqçi daha əvvəl “Bavariya” və Almaniya millisinə rəhbərlik edib.