“Atletiko”nun hücumçusu Xulian Alvares 2021-ci ildə “Barselona”ya keçə bilərmiş.
Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Mənbənin məlumatına görə, həmin vaxt “River Pleyt”də çıxış edən argentinalı futbolçu 2021-ci ildə “Barselona”ya təklif olunub. Vasitəçilər Kataloniya komandasına futbolçunu 22 milyon avroya almağı təklif etsə də, “katalanlar” bu təklifi rədd edərək, maliyyəni Ferran Torresə yatırıblar.
25 yaşlı dünya çempionu bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.