“Barselona”nın vingeri “Fənərbağça”ya keçə bilər

“Barselona”nın vingeri Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” 21 yaşlı oyunçunun xidmətində maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb. İstanbul klubu artıq “Barselona”ya Fatinin mümkün keçidi ilə bağlı sorğu göndərib.

Fati ötən mövsümü “Brayton”da icarədə keçirib. O, 27 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.