“Barselona”nın yay transfer dönəmində əsas hədəfi məlum olub.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi “Atletik”dən Niko Uilyamsla maraqlanır. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
“Barselona”nın idman direktoru Deku artıq oyunçunun agenti ilə danışıqlara başlayıb. Nikonun sərbəstqalma məbləği 50-60 milyon avrodur.
21 yaşlı vinger ötən mövsüm La Liqada 31 oyunda 5 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.