“Barselona”nın sabiq qolkiperi azad agent olacaq

“Betis”in futbolçusu Klaudio Bravo mövsümün sonunda klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, çilili qolkiperin yayda başa çatacaq müqaviləsinin müddəti artırılmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bravo bu mövsüm 9 oyunda meydana çıxıb.

41 yaşlı qapıçı daha əvvəl “Barselona” və “Mançester Siti”də də çıxış edib.