“Betis”in futbolçusu Klaudio Bravo mövsümün sonunda klubu tərk edəcək.
Futbolpress.az xəbər verir ki, çilili qolkiperin yayda başa çatacaq müqaviləsinin müddəti artırılmayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bravo bu mövsüm 9 oyunda meydana çıxıb.
41 yaşlı qapıçı daha əvvəl “Barselona” və “Mançester Siti”də də çıxış edib.