“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Paulinyo karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçinin son klubu “Korintians” olub.

Paulinyo daha əvvəl “Barselona” və “Tottenhem”də forma geyinib. O, Braziliya yığmasında 56 oyun keçirib.