“Barselona”nın sabiq futbolçusu Fransa klubunda

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi 31 yaşlı yarımmüdafiəçi Andre Qomeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Qomeşin son klubu “Everton” olub. Yarımmüdafiəçi daha əvvəl İspaniyada “Valensiya”, “Barselona”, İngiltərədə “Everton”da çıxış edib.

Qomeş 2022/2023 mövsümündə “Lill”də icarədə olub.