“Barselona”nın prezidenti bu turnirin keçirilməsinə qarşıdır

“Barselona”nın prezidenti Xoan Laporta UEFA Millətlər Liqası turnirinin keçirilməsinə qarşıdır.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu haqda İspaniya mətbuatına açıqlamasında deyib:

“Millətlər Liqasının əleyhinəyəm. Bu turniri əlavə olaraq təqvimə saldılar. Futbolçuların hüquqlarına riayət edilmir, ödənişləri klublar ödəyir. Turnir həm oyunçuların, həm də klubların maraqlarına uyğun olmalıdır”.