“Barselona”nın futbolçusu Vitor Roke karyerasını Portuqaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Sportinq” klubu braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Matteo Moretto məlumat yayıb. Xəbərdə klublar arasında danışıqların artıq başladığı bildirilib.
“Barselona” bəzi futbolçularını qeydiyyatdan keçirə bilmir və bu səbəbdən maliyyə boşluğunu aradan qaldırmalıdır. Klub buna görə Rokeni satmağa razıdır.