“Barselona”nın zədəli futbolçusu Ferran Torresin son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, ispan hücumçu sağ budunun arxa əzələsindən zədə alıb və noyabrın əvvəlinə kimi yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Torres La Liqada oktyabrın 26-də “Real”a qarşı keçiriləcək “el klasiko”nu da buraxacaq.
Ferran bu mövsüm 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.