“Barselona”nın hücumçusu “Əl Hilal”a “yox” dedi

“Barselona”nın hücumçusu Vitor Roke “Əl Hilal”a keçməkdən imtina edib.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı forvard Səudiyyə Ərəbistanı təmsilçisinin təklifini rədd edib. O, “Barselona”da qalmaq istədiyi üçün bu addımı atıb.

Roke bu ilin yanvarından Kataloniya klubunda çıxış edir. O, bütün turnirlər daxil olmaqla 16 oyunda 2 qol vurub.