“Barselona”nın Haaland planı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 2026-cı ilin yayında “Barselona”ya keçə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Norveçli hücumçunun gələn ilin yayında sərbəstqalma məbləği 175 milyon avro olacaq. Kataloniyalılar o vaxtadək bu məblği yığmaq və Haalanı heyətinə qatmaq istəyir.

“Barselona” rəhbərliyi Haalandı klubla müqaviləs 2026-cı ilin yayında bitəcək Levandovskiyə əvəzləyici kimi görür.

Norveç millisinin də üzvü olan futbolçu bu mövsüm “Şəhərlilər”lə 41 oyunda 30 qol vurub.