“Barselona”nın futbolçusundan Mbappeyə tərif

“Barselona”nın və Fransa millisinin müdafiəçisi Jül Kunde “Real”a keçən həmyerlisi Kilian Mbappe haqda danışıb.

Futbolpress.az xəbər verir ki, “Diario Sport”a açıqlama verən oyunçu Mbappeni tərifləyib:

“Ən yaxşı oyunçuların qarşısını kəsmək üçün oynayıram. Mbappe ən yaxşıların ən yaxşısıdır. O, çox gözəl və möhtəşəm futbolçudur. Mbappe kimisini tək dayandırmaq olmaz. Onun üçün kollektiv səy göstərmək lazımdır”.

“Real” Mbappe ilə 5 illik müqavilə imzalayıb. Hücumçu və Kunde Fransa yığmasında oynayır.