“Barselona”nın futbolçusu Andreas Kristensen qış fasiləsində klubu tərk edə bilər.
Futbolpress.az xəbər verir ki, İtaliyanın “Yuventus” və “İnter” klubu müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Canluka Di Marzio məlumat yayıb.
A Seriyası klubları oyunçunun durumunu yaxından izləyir. Hazırda zədəli olan Kristensenin ayın sonuna qədər yaşıl meydanlara qayıdacağı gözlənilir.
Andreas “Barselona”da 75 oyunda 4 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.