“Barselona”nın Flik seçiminin SƏBƏBİ

“Barselona”nın idman direktoru Deku baş məşqçi postuna Hans-Diter Flikin gətirilməsinin səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AS nəşrinə açıqlamasında bunları deyib:

“Flikdə daha yaxşı olan nə idi? Həmişə güclü məşqçilər var. Xavinin qərarını öyrənəndən sonra diqqətimizi Flikə yönəltdik. Təcrübəli və sakit biridir. Xarakterlidir və rəhbərlik, futbolçularla işləməyin yollarını bilir. Uzun müddət məşqçi təhsili də alıb. O, bizim izləmək istədiyimiz yola uyğun idi”.

“Barselona” La Liqada 4 turdan sonra 12 xalla birinci sıradadır.