“Barselona”nın baş məşqçisi Hans-Diter Flik braziliyalı hücumçu Neymarın komandaya keçidini istəmir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Mütəxəssis oyunçunun tez-tez zədələnməsini əsas gətirərək, transferinə qarşı çıxıb.
Daha əvvəl Neymarın “Barselona”ya qayıtmaq istədiyi iddia edilib. Hücumçu hazırda ölkəsində “Santos”da forma geyinir.
Neymar Braziliya çempionatında 7 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.