“Barselona”lı adının “Bavariya” ilə hallanmasına münasibət bildirdi

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen adının “Bavariya” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, qolkiper İspaniya klubunda xoşbəxt olduğunu deyib:

“Barselona” ilə müqavilə var. Ailəmlə burda xoşbəxtik. Bütün diqqətim mövsümdədir. Gələcəkdə Almaniyaya qayıdıb-qayıtmayacağımı bilmirəm. Görəcəyik. Amma indi vəziyyətimdən razıyam”.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. 32 yaşlı qolkiperin müqaviləsi 2028-ci ilin yayına kimidir.