“Barselona”dan təklif alıb, ancaq hələ düşünür

“Barselona”da qapıçı Voytsex Şensnıya yeni müqavilə təklif olunub.

Futbolpress.az xəbər verir ki, qolkiper bu barədə insayder Fabrizo Romanonun sorğusuna cavab olaraq bildirib. O, klubdan 2 illik yeni müqavilə təklifi aldığını, ancaq hələ qərar vermədiyini deyib.

Şensnı qış fasiləsində “Barselona” ilə 6 aylıq sözləşməyə imza atıb.