“Barselona”dan son 65 ilin rekordu

La Liqanın XXVI turunda “Barselona” öz meydanında “Real Sosyedad”ı 4:0 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, Kataloniya komandası bu mövsüm bütün yarışlar daxil keçirdiyi ilk 40 matçda ümumilikdə 124 qol vurub.

“Barselona” 1959/60 mövsümündən bəri La Liqa komandaları arasında ən çox qol vuran komandadır. Yalnız Madrid “Real”ı  mövsümün 40-cı matçının sonunda 132 qol vurmuşdu.

Qeyd edək ki, “Barselona” hazırda İspaniya Liqasında liderdir.