Bu gün İspaniya La Liqasının XXVII turunda təxirə salınmış “Barselona” – “Osasuna” matçı keçirildi.
Futbolpress.az xəbər verir ki, kataloniyalılar 3 xalı 3 cavabsız qolla qazanıb. Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Barselona” ən yaxın izləyicisi “Real”ı 3 xal qabaqlayır.
İspaniya La Liqası
XXVII Tur
28 mart
Barselona – Osasuna 3:0
Qollar: F.Torres, 11, D.Olmo, 21 (pen.), R.Levandovski, 77