“Barselona”dan “Betis”ə

“Barselona” futbolçusu Vitor Rokeni icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu 2024/25 mövsümünü “Betis”də keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Roke ötən ildən “Barselona”da forma geyinir. Roke “Atletiko Paranaense”dən “Barselona”ya 40 milyon avro qarşılığında keçib. O, komandada 16 oyunda 2 qol vurub.