“Barselona”dan “Betis”ə

“Barselona”nın hücumçusu Vitor Roke klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “Betis” 19 yaşlı futbolçu üçün danışıqlara başalyıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Roke “Atletiko Paranaense”dən “Barselona”ya 40 milyon avro qarşılığında keçib. O, komandada 16 oyunda 2 qol vurub.