“Barselona”dan ayrılan futbolçu İtaliya klubuna keçə bilər

“Barselona”dan ayrılan Serxi Roberto karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. 32 yaşlı ispan futbolçu ilə “Fiorentina” maraqlanır.

Roberto daha əvvəl “Roma” və “Komo”ya təklif olunub.

Serxi “Barselona”nın yetirməsi idi. O, 2010-cu ildən əsas komandada çıxış edirdi. Futbolçu ötən mövsümdə 24 oyunda meydana çıxıb və 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.