“Betis”in futbolçusu Vitor Roke açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ötən mövsümü “Barselona”da keçirən hücumçu Kataloniya klubunda pis dönəm keçirdiyini deyib:
“Mən və ailəm çətin günlərdən keçdik. Onlar indi mənimlə bərabər gülürlər. 6-7 ay idi, gülmürdük. “Betis”də çox xoşbəxtəm. Burda oynamağa davam etmək istəyirəm”.
“Betis” braziliyalı hücumçunu “Barselona”dan bir illik icarəyə götürüb. Roke ötən mövsüm “Barselona”da 16 oyunda 2 qol vurub.