“Barselona”dan “Atletiko”ya

“Barselona”nın futbolçusu Kleman Lanqle karyerasını “Atletiko”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, fransalı müdafiəçi icarə əsasında Madrid təmsilçisinə qoşulacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Klublar arasında anlaşma əldə edilib və Lanqle yaxın zamanda “Atletiko” oyunçusu olacaq.

Müdafiəçi ötən mövsüm icarə əsasında “Aston Villa”da çıxış edib və 25 oyunda meydana çıxıb.